"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin I turunda "Molde"ni məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını artırıb.
Sportliqa.az xəbər verir ki, "atlılar"ın qələbəsi ölkənin aktivinə 0,500 xal yazdırıb. Azərbaycan son 5 mövsümə görə 17,375 xalla 29-cu pillədə qərarlaşıb.
28-ci sırada 17,875 xalla Slovakiya yer alıb. Sözügedən ölkə avrokuboklarda iki komanda ilə təmsil olunur.