Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.
Sportliqa.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.
Bütün partiyalar heç-heçə başa çatıb – 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.
Qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FİDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.