Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, “Dalğa Arena”da Kipr yığması ilə qarşılaşma heç-heçə yekunlaşıb – 1:1. Millimizin qolunu qarşılaşmanın 46-cı dəqiqəsində Sevinc Cəfərzadə vurub.
Komandamız növbəti oyununu sebtyabrın 26-da səfərdə Montenqro yığmasına qarşı keçirəcək.