“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti pley-off oyunu baş tutub.
Sportliqa.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsində “Xəzri” və “Sərhədçi” komandaları arasında seriyanın birinci oyununda debütant “Xəzri” 98:64 hesablı rahat qələbə qazanıb.
Bu qələbə ilə “Xəzri” seriyada 1:0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular “Xəzri”də Ceremi Maklaflin (35 xal, 12 ribaund), “Sərhədçi”də Kaleb Hanter (14 xal, 3 ribaund) fərqlənib.
Komandalar arasında seriyanın ikinci oyunu mayın 3-də baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az