
"Neftçi"nin yeni idman direktoru Yens Andersson İsveç millisindən ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, yığmada da eyni vəzifəni tutan funksioner ayrılıq qərarı ilə bağlı bunları deyib: "Millidən ayrılmaq asan deyildi. Lakin "Neftçi" böyük hədəfləri olan güclü komanda qurmaq istəyir və buna görə cəlbedici şərtlər təklif edir".
Andersson oktyabrın 18-nə qədər millidəki vəzifəsinə davam edəcək və daha sonra "Neftçi"dəki işinə başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.