Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən “Serbia Open 2026” beynəlxalq turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar.
Bu barədə Sportliqa.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Kişilər arasında Qaşim Maqomedov (63 kq) qızıl medala sahib çıxıb. Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az