Niderland Birinci Divizionunda 37-ci turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Helmond”la qarşılaşıb. Futbolçumuzun komandası yekunda məğlubiyyətə üzülüb – 0:2.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub, 87-ci dəqiqədə sarı vərəqə alıb.
“Eyndhoven” hazırda 40 xalla 15-ci pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az