Leverkuzen "Bayer"i Avropa futbolunda yeni rekord müəyyənləşdirib.
Sportliqa.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Avropa Liqasının yarımfinal mərhələsinin “Roma” ilə cavab matçında (2:2) məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.
Leverkuzenlilər bu göstəricidə Avropada birinci yerə çıxıblar. Komanda 1963-cü ildən 1965-ci ilə qədər bütün yarışlarda ardıcıl 48 görüşdə məğlub olmayan Portuqaliya “Benfika”sının rekordunu qırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.
“Bayer” “Roma” ilə iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanıb və Avropa Liqasının finalına yüksəlib.