Bakıda Avropa Su İdmanı Federasiyasının (“European Aquatics” – EA) Konqresi çərçivəsində ilk tədbirlər keçirilib.
Sportliqa.az xəbər verir ki, əvvəlcə təşkilatın Bürosunun iclası keçirilib.
Ardınca milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsinə həsr olunan sessiya təşkil edilib.
Görüşlərdə üzgüçülük və digər su idmanı növlərinin inkişafı, milli federasiyaların fəaliyyəti, yeni layihələrin reallaşdırılması və innovativ yanaşmalar müzakirə olunub. Həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sessiya iştirakçıları müxtəlif ölkələrin su idmanı sahəsində uğurlu təcrübələri ilə tanış olub, yeni ideya və təkliflərini bölüşüblər.
Qeyd edək ki, Dünya Kubokundan sonra Bakıda təşkil olunan növbəti beynəlxalq su idmanı tədbiri Azərbaycan Su İdmanı Federasiyası (ASF) və “European Aquatics”in birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
2026-cı ildə “Dünya İdman Paytaxtı” statusunu daşıyan Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az