“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.
Sportliqa.az xəbər verir ki, Asəf Zeynallı klubun Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.
O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.
A.Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.