"Sabah" Rusiyanın "Ximki" klubundan Ayaz Quliyevi transfer etdi.
Sportliqa.az saytına verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı klub daxilində fikir ayrılığı olub.
Masazır təmsilçisinin rəhbərliyi azərbaycanlı futbolçunu heyətə qatmaqda maraqlı olub. Baş məşqçi Murad Musayev isə təcrübəli orta xətt oyunçusunun transferinə isti yanaşmayıb.
40 yaşlı mütəxəssis Ayazın Rusiyadakı intizamsız davranışlarından xəbərdar olub. Musayev buna görə də futbolçunun transferini istəməyib.
Sonda klub rəhbərliyinin dediyi olub və oyunçu "Sabah"a keçib. Ayaz Quliyev Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayıb.