Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, sözügedən komanda XXXI turda "Suvon"la qarşılaşıb. Görüş "Tecon Xana Sitizen"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi 61-ci dəqiqədə əvəzlənib.
"Tecon Xana Sitizen" çempionatda 31 turdan sonra 41 xalla 8-ci sıradadır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.