"Sumqayıt" Azərbaycan Premyer Liqasının 7-ci turunda doğma meydanda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Uğurlu antiterror əməliyyatında şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Gərgin oyun oldu. İki məğlubiyyətdən sonra bu gün qalib gelmək istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. İkinci hissədə bizim kritik epizodlarımız oldu. Bunları qola çevirsəydik, qələbə qazana bilərdik.
- Sizin qırmızı vərəqə görməyiniz bir qədər gözlənilməz oldu. Orada nə baş vermişdi?
- İnanırsız, heç mən də başa düşmədim. Qaydalarda varsa, xətti tapdalamaq olmaz, bilmirəm. Gərgin oyundur, ola bilər ki, 30 santimetr meydançanın içinə girək. Heç olmasa sarı vərəqə verərdi. Nəyə görə qırmızı göstərdiyini başa düşmədim. Deyir ki, qaydalarda belədir. 5-6 metr irəliləyib etiraz etsəydim, başa düşərdüm.
- Rövlan Muradov hansı mövqedə oynayırdı?
- Dördlü müdafiə sistemi ilə oynayırdıq. Əlbəttə ki, hücumla müdafiə fərqlənir. Rövlan hər oyunda hücum vaxtı aktiv olur. Bu gün də elə idi.