
“Sabah” braziliyalı futbolçusu Hiqor Qabriellə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin fevralında “Sabah”a keçən Hiqor Qabriel 2022/2023 mövsümünün ilk yarısını Belarusun “Dinamo” (Minsk), ikinci dövrəsini isə Ukraynanın “Lvov” klubunda icarə əsasında keçirib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.