Basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 millisi Türkiyənin İstanbul şəhərində Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışını yekunlaşdırıb.
Sportliqa.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Qətər U-18 millisi ilə son yoxlama oyununu keçirib.
Görüş yığmamızın 59:55 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi U-18 millimiz sabah Albaniyaya yola düşəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az