Bu gün Slovakiyanın “Dunayska Streda” klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında səfərdə “Zirə”nin qonağı olub.
Sportliqa.az xəbər verir ki, 0:4 hesabı ilə məğlub olan rəqib komandanın futbolçusu Milan Dimun bu nəticəni gözləmədiklərini bildirib:
“Əlbəttə ki, bu nəticəni gözləmirdik. Məyusuq. Oyunun əvvəlində yaxşı başlamışdıq. Erkən buraxılan iki qoldan sonra isə komandada ruh düşkünlüyü yaşandı. 0:4 hesablı geriliyi aradan qaldırmaq çətin olacaq. Baş məşqçimizlə razıyam, cavab matçında daha aqressiv oynayıb, yaxşı nəticə əldə etməliyik. Məyusuq, ən azından 1 və ya 2 qol vurub, evdə meydana bir az rahat çıxa bilərdik”.
“Dunayska Streda” – “Zirə” cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.
Mənbə: Komanda.az