Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.
Sportliqa.az xəbər verir ki, yığma İtaliyanın Alqero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutaraq, A divizionunu tərk edib.
Komanda sonuncu oyununu Moldovaya qarşı keçirib. Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar (4:1) qələbə qazanıblar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az