
Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.
Sportliqa.az xəbər verir ki, bu, paratletimiz Lamiyə Vəliyevanın sayəsində reallaşıb.
Belə ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl parataekvandoçu İmadəddin Xəlilov və paraatlet Səid Nəcəfzadə qızıl medal, paraüzgüçü Raman Salei gümüş medal, parataekvondoçu Sabir Zeynalov isə bürünc medal qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması