Vüqar Mustafayev “Sumqayıt”ın heyətində Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib.
29 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”la ev matçına (0:0) kapitan sarğısı ilə çıxıb. Vüqar 2019/20 mövsümündən şərəfini qoruduğu “Sumqayıt”ın heyətində qol hesabını açmayıb. Mustafayev klub tarixində Premyer Liqada 100 və daha çox matç keçirən 5-ci oyunçudur.
Qeyd edək ki, sumqayıtlılar 2011/12 mövsümündən yüksək dəstədə mübarizə aparır.