"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Məğlubiyyətin əsas səbəbi nədir?
- Hazırda nəsə deyə bilmirəm. Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Elə durumdayam ki, inanmıram ki, bu mənim başıma gəlir. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm.
- Yəqin ki, bu gün heç bir baş məşqçi sizin yerinizdə olmaq istrəməz. Bundan sonra nə gözləyirsiz?
- Hələ bir dəqiqəmi belə buna həsr etməmişəm. Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdikərinə görə təşəkkür edirəm.
- İstefa haqda düşünürsüz?
- Düşündüyüm şey haqda artıq danışmışam. Bu söhbətləri mətbuat konfransında müzakirə etməli deyilik.
- Autsayderə məğlubiyyəti faciə kimi qəbul edirsiz?
- Mən bunu məğlubiyyət kimi qəbul edirəm. Yenə də deyirəm, inana bilmirəm ki, bu baş verənlər mənim başıma gəlir.
- Sizin istefanıza kimlərsə mane olur?
- Xeyr. Hər mətbuat konfransında istefa ilə bağlı suallar verilir. Bunları burada müzakirə etməli deyilik.