Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.
Sportliqa.az xəbər verir ki, 2026/27 mövsümünün yeni rekordu 12-ci turun “Kəpəz” – “Qarabağ” görüşünə (0:0) təsadüf edib.
Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.
Qeyd edək ki, bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az