"Neftçi"dən ayrıldıqdan bəri klubsuz qalan Qara Qarayevin yeni iş yeri məlum olmaq üzrədir.
Sportliqa.az xəbər verir ki, 31 yaşlı mərkəz yarımmüdafiəçisi "Sabah"la danışıqların son mərhələsindədir.
Onun keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
"Neftçi" karyerası fiaskoya uğrayan, Azərbaycan millisinin heyətinə də cəlb edilməyən Qarayev futbolçu karyerasını "bayquşlar"da davam etdirmək qərarına gəlib.
Bildirək ki, adıçəkilən oyunçu 12 illik "Qarabağ" karyerasının ardınca ötən ilin iyulunda "Neftçi" ilə müqavilə bağlamışdı.(pressing.az)