“Neftçi” klubu baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.
Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Neftçi" çempionatda 9 turdan sonra cəmi 5 xalla 9-cu yerdədir. Premyer Liqada ardıcıl 10 oyundur ki, qələbə qazanmayan "ağ-qaralar" tarixinin ən uğursuz dövrünü yaşayır.
Əlavə edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.