“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin yığmasına dəvət alıb.
Sportliqa.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak etmək üçün milliyə çağırılıb.
Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyuna 1 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az