AFFA "Şamaxı" klubunun fubolçusu Brahim Konateni 1 oyunluq cəzalandırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Misli Premyer Liqasının 9-cu turunun “Səbail”lə matçının 63-cü dəqiqəsində Konate ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə də 28 yaşlı yarımmüdafiəçi 1 oyunda komandasına kömək edə bilməyəcək.
Həmçinin "Şamaxı" futbolçusuna görə 500 manat cərimələnib.
Qeyd edək ki, sözügedən oyunda "Səbail" 2:0 hesablı qələbə qazanıb.