
"Qarabağ" Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Sportliqa.az PFL-ə istinadən xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.
“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyunun “Azersun Arena”da keçirilməsinə qərar verib.
Görüşün günü və saatı ilə bağlı dəyişiklik yoxdur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması