
Ukraynalı mütəxəssis Roman Qriqorçuk bir müddət əvvəl “Neftçi” klubunun baş məşqçi postundan getməsinə münasibət bildirib.
Sportliqa.az xəbər verir ki, Ukrayna mətbuatına danışan Qriqorçuk “Neftçi”dəki işini dəyərləndirib:
“Neftçi”nin rəhbərliyinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim: ümid edirdim ki, “Neftçi”ni çempion edib Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün getmişdim. Amma 9 turdan sonra “Neftçi” bir qələbə də qazana bilmədi. Belə bir vəziyyətdə qarşılıqlı qərar (müqaviləni ləğv etmək) bizim nümayiş etdirdiyimiz nəticələrin nəticəsindən başqa bir şey ola bilməzdi. “Neftçi”yə isə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar. Mənim prioritetim, təbii ki, Ukraynada qalmaqdır. Mən bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Mən bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. Mən ideyalarımı həyata keçirmək istəyirəm, bunlar yüksək nəticələr əldə etməyə yönəlmiş layihədir”.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması