"Neftçi" bu ilin noyabr ayında "Zenit"lə (Sankt-Peterburq) yoxlama matçı keçirəcək.
Sportliqa.az xəbər verir ki, bu haqda Rusiyanın "Sport-ekpress" qəzeti məlumat yayıb. Bakı klubunun mətbuat xidməti oyunun keçiriləcəyi haqda xəbəri nəşrə təsdiqləyib. Amma hələlik matçın tarixi və yeri müəyyənləşməyib. "Oyunla bağlı danışıqlar davam edir" - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu il iyulun 1-də Sankt-Peterburqda keçirilən turnirdə "Zenit"lə "Neftçi" üz-üzə gəlib. Həmin oyunda ruslar 3:1 hesabı ilə qələbə qazanıblar.
Əlavə edək ki, oktyabrın 14-də Qazaxıstanın Almatı şəhərində "Zenit"in "Kayrat"la yoxlama oyunu nəzərdə tutulub.
Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar Rusiya komandaları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.