"Qarabağ" Premyer Liqamızın 11-ci turu çərçivəsində sabah doğma meydanda "Şamaxı" ilə qarşılaşacaq.
Lakin Ağdam təmsilçisi bu matçda qaydaları pozacaq.
Sportliqa.az xəbər verir ki, "Qarabağ" qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun qapılarını oyundan 60 dəqiqə əvvəl azarkeşlərin üzünə açacaq.
Bu isə Peşəkar Futbol Liqasının Əsasnaməsinin kobud şəkildə pozulmasıdır. Belə ki, Əsasnaməyə görə, arenaların qapıları matçdan 2 saat əvvəl tamaşaçılar üçün açılmalıdır. Amma "Qarabağ" rəhbərliyi bu tələbi pozaraq mərkəzi arenanın qapılarını 1 saat gec açacağını elan edib.
Bildirək ki, oyunun start fiti saat 19:00-da veriləcək.
Elsevər Muradzadə
Foto: Elnur Niftəliyev