
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) oktyabr ayı üçün dünya klublarının reytinq cədvəlini elan edib.
Sportliqa.az xəbər verir ki, 507 klubun olduğu siyahıda Azərbaycanın üç komandası da yer alıb: “Qarabağ”, “Zirə” və “Sabah”.
Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 167,25 xalla 60-cı yerdən 72-ci yerə düşüb. Norveçin “Bodo Qlimt” klubu (167,5) bir pillə yuxarıda, Almaniya “Leyptsiq”i isə (167) isə aşağı pillədədir.
“Zirə” 201-ci yerdən 219-cu yerə (94,25) düşüb. Onlar “Kluj” və “Harts” klublarından (94,5) geridə, “Everton” və “Fulhem”dən (94) öndədir.
“Sabah” isə 411-ci yerdən 423-cü yerə enərək, “Aleksandriya” ilə (hər biri 59,5) eyni pilləyə şərik olub. Onlardan yuxarıda Argentinanın “Deportivo Riestra”, Rumıniyanın “Farul” (hər biri 60) kimi klubları yer alıb.
Reytinq siyahısına isə 414 xalla “Real” başçılıq edir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması