“Araz-Naxçıvan” klubunun daha bir futbolçusu – Karlos Jatoba məşqlərə başlayıb.
Sportliqa.az xəbər verir ki, komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları – Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.