
"Qarabağ" klubunun sabiq qapıçısı Andrey Lunyov hazırda karyerasını Moskvanın "Dinamo" komandasında davam etdirir.
Sportliqa.az xəbər verir ki, 33 yaşlı futbolçu "Sport-ekspress" qəzetinə verdiyi açıqlamada Ağdam klubu ilə bağlı sualı cavablandırıb.
Qolkiper deyib ki, "Qarabağ" Rusiya çempionatında oynasaydı, lidərlərdən biri olardı: "Buna şübhə yoxdur. Onlar ən yüksək yerlər uğrunda yarışardılar".
O bildirib ki, "Qarabağ" "TOP-6"lığa yüz faiz düşərdi.
Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"da çıxış edib. Ağdam klubu ilə müqaviləsi başa çatdıqdan sonra o, "Dinamo"ya keçib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması