“Qarabağ” “Kəpəz”lə yoxlama matçı keçirəcək
23 Dekabr 2024 10:30
“Kəpəz” klubu “Qarabağ”la yoxlama oyununda üz-üzə gələcək.
Sportliqa.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma yanvarın 9-da Bakıda təşkil olunacaq.
“Kəpəz”in növbəti rəqibi isə hələ bəlli deyil.
“Sarı-göylər” Azərbaycan Premyer Liqasında 18 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb. “Qarabağ” 47 xalla liderdir.