"Qarabağ" bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.
Ağdam təmsilçisi Rumıniyanın adlı-sanlı FCSB klubunu qonaq edəcək. Lakin qarşılaşmaya maraq həddindən artıq azdır.
Sportliqa.az "İticket"ə istinadla xəbər verir ki, matç üçün satışa çıxarılan ən ucuz - 5 manatlıq biletlərin 8 min ədədi hələ də sahibini tapmayıb. Halbuki son illərdə "Qarabağ"ın avrokubok oyunlarında belə hal yaşanmamışdı.
Ağdamlılar son beş ev matçında məğlub olaraq tamaşaçıları stadiondan məyus yola salıb. Bu səbəbdən də yəqin etmək olar ki, "köhlən atlar"ın Avroliqada doğma meydanda keçirəcəyi oyuna maraq azdır.
Foto: Firi Səlim