"Qarabağ"ın zədəli futbolçusu Redon Cicanın məşqlərə başlayacağı tarix məlum olub.
Sportliqa.az saytına verilən məlumata görə, albaniyalı hücumçu həftəsonu komanda ilə birlikdə hazırlıq prosesində iştirak edəcək. Lakin 25 yaşlı forvard Premyer Liqanın 8-ci turunun "Sumqayıt"la matçında oynamayacaq.
Cica Avropa Liqası qrup mərhələsinin "Molde" ilə oyunundan əvvəl zədələnmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.