Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az PFL-ə istinadən xəbər verir ki, iclasda əvəzedicilərin çempionatı ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
24.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” klubu 70 manat cərimə edilir (maddə 37);
24.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandası PFL əsasnaməsinin tələblərini pozduğuna görə 50 manat cərimə edilir (maddə 70);
25.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Səbail-2” – “Araz-Naxçıvan-2” oyununun Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən 39 dəqiqə gec başlandığına görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
26.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Qəbələ-2” – “Qarabağ-2” oyununun fasiləsində “Qarabağ-2” komandasının 94 nömrəli futbolçusu Hüseyn Hüseynli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Qarabağ-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);
26.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Qəbələ-2” – “Qarabağ-2” oyununda xərəkdaşıyan uşaqların sayı Əsasnamənin tələblərindən az olduğuna görə “Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 74.1).