
“Neftçi” Premyer Liqanın 8-ci turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.
Sportliqa.az xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.
Bu gün Tovuza yola düşəcək “ağ-qaralar” oyunöncəsi son məşqi sabah Tovuz şəhər stadionunda keçəcək.
Qeyd edək ki, sentyabrın 30-u saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Neftçi” matçı “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.