Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsi" keçirilib.
Sportliqa.az xəbər verir ki, bu dəfə 14,16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılarımız üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüb.
Mötəbər yarışlara hazırlıq barədə danışan R.Məmmədov müxtəlif partiyaları təhlil edərək sonda şahmatçıların suallarına cavab verib.
Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Rauf Məmmədov Azərbaycan millisinin heyətində yer alıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az