"Barselona"nın hücumçusu Ferran Torres La Liqada klubunu dəyişə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Atletiko" ispaniyalı forvardı transfer etmək istəyir. Madrid təmsilçisi Torresi yayda heyətinə qatmağı planlaşdırır. Klubu 26 yaşlı futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, "Mançester Siti" Ferran Torresi 2022-ci ilin yanvarında"Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm "göy-qırmızılar"ın heyətində keçirdiyi 40 oyunda 16 qol vurub, 1 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az