Lamin Yamaldan yeni rekord
"Barselona" klubunun futbolçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.
Sportliqa.az xəbər verir ki, o, buna 31-ci turda "Espanyol"la qarşılaşmada iştirak etməklə nail olub.
Görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.
Beləliklə, gənc vinger "Real"ın sabiq üzvü Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.
Xatırladaq ki, "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib. Hazırda aktivində 79 xalı olan Kataloniya klubu turnir cədvəlinə liderlik edir.