"Barselona" Çempionlar Liqası 1/4 final mərhələsinin "Atletiko" ilə oyunlarındakı (0:2, 2:1) hakim qərarları ilə UEFA-ya ikinci dəfə şikayət edib.
Sportliqa.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubda hesab edirlər ki, hər iki qarşılaşma zamanı hakimlər oyun qaydalarına zidd olan və reqlamentin düzgün tətbiq edilməməsindən irəli gələn bir sıra səhvlərə yol veriblər. Həmçinin, vacib epizodlarda VAR sisteminin yetərincə müdaxilə etməməsinə də diqqət çəkilib.
Klubun fikrincə, bu qərarların cəmi oyunların gedişinə və yekun nəticəyə birbaşa təsir göstərib ki, bu da klub üçün təkcə idman baxımından deyil, maliyyə baxımından da itkilərə səbəb olub.
"Barselona" bəyanatda həmçinin vurğulayıb ki, hakimlik sisteminin təkmilləşdirilməsi və qərarların qəbulunda şəffaflığın artırılması məqsədilə UEFA ilə əməkdaşlığa hazırdır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az