"Real"ın cinah oyunçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə üzrə prinsipial razılığa gəlib. Tərəflər indi son detalları razılaşdırmalıdırlar.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.
Bildirilir ki, Vinisiusun müqaviləsi uzadıldıqdan sonra Madrid klubunun hücumçusu Kilian Mbappe komandanın ən çox maaş alan oyunçusu olaraq qalacaq.
Hazırkı müqaviləsinə əsasən Vinisiusun ildə 25 milyon avro, Mbappenin isə 32 milyon avro qazandığı bildirilir. Braziliyalı futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az