Münhen "Bayern"i futbolçusu Aryon İbrahimoviçlə müqaviləni uzadıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına kimidir.
Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsüm “Haydenhaym”da icarədə olub. O, Bundesliqada 32 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az