Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq
Rəşid Məmmədəliyev (73 kq) cüdo üzrə Dünya Çempionatında təsəlliverici görüşə çıxacaq.
Sportliqa.az xəbər verir ki, buna idmançının 1/4 finalda Dayyan Bulemtapesə (Fransa) məğlubiyyəti gətirib çıxarıb.
Cüdoçumuz təsəlliverici görüşdə qələbə qazansa, üçüncülük uğrunda yarışmaq fürsətinə sahib olacaq.