Harri Keyn rekordu təkrarlayıb
İngiltərə yığmasının hücumçusu Harri Keyn Xorvatiya ilə səfər oyununda fərqlənərək milli komandanın tarixinə düşüb.
Sportliqa.az xəbər verir ki, “Bavariya”nın futbolçusu bununla da İngiltərə millisinin heyətində ardıcıl 6 səfər oyununda qol vurub. O, bu göstərici ilə 78 il əvvəl müəyyənləşdirilmiş rekordu təkrarlayıb.
Keyndən əvvəl bunu yalnız üç futbolçu bacarıb. Ceyms Uindric, Tom Finni və Sten Mortensen ardıcıl 6 səfər matçında qol vurublar. Mortensen bu rekorda sonuncu dəfə 1948-ci ildə imza atıb.