"Real"dan Vinisius qərarı
– RƏSMİ
"Real" braziliyalı hücumçusu Vinisius Juniorla yeni müqavilə imzalayıb.
Sportliqa.az xəbər verir ki, Madrid klubu 26 yaşlı futbolçu ilə müqaviləni 2032-ci ilə qədər uzadıb.
Qeyd edək ki, Vinisius 2018-ci ildə "Flamenqo"dan 45 milyon avro qarşılığında "Real"a transfer olunub. O, ötən mövsüm Madrid təmsilçisinin heyətində 53 oyunda 22 qol vurub, 14 məhsuldar ötürmə edib.