La Liqanın 1-ci turunda keçiriləcək "Selta" - "Osasuna" oyunu təxirə salınıb.
Sportliqa.az xəbər verir ki, buna Viqodakı "Abanka Balaidos" stadionunun ot örtüyünün yararsız vəziyyətdə olması səbəb olub. Bu barədə "Selta" klubu məlumat yayıb. Bildirilib ki, son günlərdəki hava şəraiti oyun meydanının vəziyyətinə mənfi təsir göstərib və nəticədə matçın təxirə salınması barədə qərar qəbul edilib.
Qeyd olunur ki, avqustun 16-na planlaşdırılan qarşılaşma avqustun 27-də keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az