"Barselona", MY, "Arsenal" - "Sabah"ın rəqibləri müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi baş tutub.
Sportliqa.az xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.
Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.
Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:
1-ci səbətdən
“Barselona”, İspaniya (Bakıda)
“Arsenal”, İngiltərə (səfərdə)
2-ci səbətdən
“Borussiya” Dortmund, Almaniya (Bakıda)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)
3-cü səbətdən
“Vilyarreal”, İspaniya (səfərdə)
“Napoli”, İtaliya (Bakıda)
4-cü səbətdən
“Slaviya” Praqa, Çexiya (Bakıda)
“Vikinq”, Norveç (səfərdə)
Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.
Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.