"Fiorentina" baş məşqçi Fabio Qrossonun istefaya göndərildiyini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, klub bu qərarı A Seriyasının 3-cü turunda "Torino"ya 1:2 hesablı məğlubiyyətdən sonra qəbul edib. Qrosso bu gündən etibarən komandanın baş məşqçisi vəzifəsini icra etmir.
48 yaşlı mütəxəssis iyunun 8-də "Fiorentina"ya baş məşqçi təyin olunmuş və 2028-ci ilin yayına qədər müqavilə imzalamışdı. Lakin onun komandadakı fəaliyyəti yeni mövsümün cəmi üç turundan sonra başa çatıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az