Azərbaycan millisi Gürcüstana yenə uduzub
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandaların sentyabrın 6-da keçirilən qarşılaşmasında da Gürcütün millisi qalib gəlmişdi - 1:0.